Ukraynada deputatın evi atəşə tutuldu - FOTO

Ukraynada deputatın evi atəşə tutuldu - FOTO
23:18 28 May 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Nikolayevski vilayətində yerli deputat Yuri Kondratenkovun evi atəşə tutulub.

"Report" xəbər verir ki, bu barədə "Batkivşina" partiyasının vilayət üzrə təşkilatının rəhbəri Mixail Sokolova istinadən "112 Ukraina" telekanalı məlumat yayıb.

"Voznesensk şəhərində naməlum şəxslər təhdid və ya xəbərdarlıq məqsədi ilə şəhər şurasının "Batkivşin"a partiyasından olan deputatı Yuri Kondratenkovun yaşadığı evi atəşə tutublar. Həmçinin evin qapısı üzərində nəyisə xatırladan çələng asılıb və nişan şəkili çəkilib", - deyə o əlavə edib.

Kondratenkov özü isə baş verənləri siyasi fəaliyyəti ilə əlaqələndirir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR