"Sarkisyan sülh istəmir, yoxsa Martirosyanı niyə satın aldırırdı?"

"Sarkisyan sülh istəmir, yoxsa Martirosyanı niyə satın aldırırdı?"
23:22 28 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan-Azərbaycan Sülh Platformasının üzvləri Aram Karapetyan və Anait Sinanyan bu Platformaya qarşı çıxış etmiş Vahan Martirosyanı son bəyanatına görə ittiham ediblər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Amerikadakı erməni diasporunun fəallarından olan Anait Sinanyan deyib: "Sözsüz, bu, erməni xüsusi xidmət orqanlarının dəst-xəttidir. Vahan Martirosyanın, hansı ki, sülh yaradandan qəfil Sarkisyan təbliğatının meqafonuna çevrildi, bəyanatı bir hədəfi təqib edir - iki xalqın barışması işinə pəl vurmaq. Və bu, siyasi hakimiyyətin qəsb edilməsi üçün Qarabağ problemindən vasitə kimi istifadə edən Sarkisyan təbliğat maşınının hədəflərini açır".

"Vahan Martirosyan özünü "Sasna Tsrer"in müdafiəçi kimi qələmə verirdi. Amma indi Sarkisyanın cəza maşınına xidmət etməyə getdi. Lakin o, xırda payadır. Və onun Ermənistan xüsusi xidmət orqanları ilə əlbir təxribatçı hərəkətləri iki xalqın barışması üzrə bizim səylərimizə mane ola bilməyəcək. Bu gün onlar Martirosyanı aldılar, sabah başqasını alacaqlar. Amma Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təbii və qanunauyğun nizama salınması prosesini dayandırmaq olmaz". Bunu isə virtualaz.org-a qısa açıqlamasında Sülh Platformasının başqa aktiv iştirakçısı, Ukraynadakı erməni diasporunun nümayəndəsi Aram Karapetyan deyib.

Xatırladaq ki, Ermənistan xüsusi xidmət orqanlarının ciddi səylərindən sonra hazırda Ukraynada yaşayan Vahan Martirosyan dünən gecə video-müraciətlə çıxış edərək Sülh Platformasından çıxdığını və son dörd ildə mütəmadi olaraq ifşa etdiyi Serj Sarkisyan siyasi rejimini dəstəklədiyini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/549101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR