Qaxa dolu yağıb - FOTO

Qaxa dolu yağıb - FOTO
23:42 28 May 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Qax rayonuna güclü dolu yağıb.

Milli.Az "Report"a istinadən bildirir ki, dolu, əsasən rayonun Sarıbaş kəndinə düşüb.
Təqribən saat 18:00-dan etibarən yağmağa başlayan dolu fındıq iriliyində olub və yeni çiçəkləyən alma, o cümlədən qoz və akasiya ağaclarına ziyan vurub.
Qeyd edək ki, Qax şəhərindən 19 kilometr uzaq məsafədə olan Sarıbaş kəndi dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir və Qax rayonunun ən ucqar dağ kəndi hesab olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR