Şəki sakinini it dişləyib

Şəki sakinini it dişləyib
23:42 28 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az APA-ya istinadən xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) mayın 28-i axşam saat 21  radələrində rayonun Suçma kənd sakini, 1993-cü il təvəllüdlü Günay Fədai qızı Rəsulova it dişləməsi xəsarətləri ilə xəstəxanaya daxil olub.
Müayinə zamanı məlum olub ki, 24 yaşlı Günay Rəsulova yaşadığı ünvanda ailəsinə məxsus iti bağlamaq istəyən zaman it onun hər iki əlindən dişləyib. G. Rəsulovaya müvafiq tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR