Gürcü ekspert: “Ermənistandakı “İsgəndər-m” operativ-taktiki raket kompleksi region üçün təhlükədir"

Gürcü ekspert: “Ermənistandakı “İsgəndər-m” operativ-taktiki raket kompleksi region üçün təhlükədir"
01:47 29 May 2017
132 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 29 may. REPORT.AZ/ NATO PA-nın Elm və Texnologiyalar Komitəsinin Tbilisidə keçirilən iclasında ermənilərə daha bir tutarlı cavab verilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, komitə iclasında Yaxın və Orta Şərqdə ekoloji vəziyyət, Qara dəniz hövzəsində təhlükəsizlik, ballistik raketlərdən müdafiə və s. məsələlər müzakirə olunub.
Gürcüstanın Strateji Araşdırmalar Mərkəzinin direktoru İrakli Menaxaraşvili Qara dəniz hövzəsində təhlükəsizlik və ballistik raketlərdən gələn təhlükələrlə bağlı məruzə ilə çıxış edib. O, Qara dəniz regionunda real təhlükələrin olduğunu bildirib.
Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı məruzə ilə əlaqədar çıxışında Azərbaycanın Qara dəniz hövzəsinin təhlükəsizliyində, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında və bu qurumun Parlament Assambleyasındakı rolu və regionun inkişafındakı xidmətləri barədə ətraflı məlumat verib.
O bildirib ki, Qara dəniz regionunda mövcud olan problemlər Cənubi Qafqaz üçün təhlükə mənbəyidir:
“Məlumdur ki, Rusiya Suriyada terrorçulara qarşı mübarizədə Ermənistan ərazisində yerləşən hərbi bazalarından, daha konkret desək, ballistik raketlərdən istifadə edəcəyini bildirib. Bu isə Cənubi Qafqazda sabitliyin pozulmasında əsas rol oynayan Ermənistanın ballistik, operativ-taktiki raketlərə malik olduğunu bir daha sübut edir. Bu da, öz növbəsində, Cənubi Qafqaz ölkələri, eləcə də, Avropanın özü üçün ciddi təhlükə mənbəyidir”.
M.İbrahimqızı, bu cür faktların məruzədə əksini tapmamasından təəssüf hissi keçirdiyini bildirib.
Məruzəçi İrakli Menaxaraşvili Ermənistanın Rusiyadan “İsgəndər-m” operativ-raket kompleksi aldığını və bunun da region üçün ciddi təhlükə mənbəyi olduğunu etiraf edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcu-ekspert-ermenistandaki-i-sgender-m-operativ-taktiki-raket-kompleksi-region-ucun-tehlukedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR