Çempionlar Liqasında qrup mərhələsinə birbaşa vəsiqələrin bütün sahibləri müəyyənləşib

Çempionlar Liqasında qrup mərhələsinə birbaşa vəsiqələrin bütün sahibləri müəyyənləşib
03:22 29 May 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 may. REPORT.AZ/ 2017-2018 mövsümündə futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqəni təmin edən komandaların adları müəyyənləşib. "Report"un məlumatına görə, son vəsiqələrə Türkiyə çempionu "Beşiktaş"la İtaliya vitse-çempionu "Roma" sahib olub.
12 ölkədən 22 komandanın yer aldığı siyahıya İngiltərə "Mançester Yunayted"i Avropa Liqasının qalibi kimi düşüb. Qalan 10 vəsiqənin sahibi təsnifat və "pley-off" mərhələlərinin yekununda məlum olacaq. Azərbaycan çempionu "Qarabağ" mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Ağdam komandası həm bu, həm də III təsnifat mərhələsində Səpələnmişlər səbətində yer alacaq.
İspaniya: "Real Madrid", "Barcelona", "Atletiko" (Madrid)
Almaniya: "Bavariya", "Leyptsiq", "Borussiya" (Dortmund)
İngiltərə: "Çelsi", "Tottenhem", "Mançester Siti", "Mançester Yunayted"
İtaliya: "Yuventus", "Roma"
Portuqaliya: "Benfika", "Portu"
Fransa: "Monako", PSJ
Rusiya: "Spartak" (Moskva)
Ukrayna: "Şaxtyor" (Donetsk)
Belçika: "Anderlext"
Hollandiya: "Feyenoord"
Türkiyə: "Beşiktaş"
İsveçrə: "Bazel"
Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 12-də start veriləcək və mübarizəyə dekabrın 6-da yekun vurulacaq. Püşkatma mərasimi isə avqustun 24-də Monakoda təşkil olunacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasinda-qrup-merhelesine-birbasa-vesiqelerin-sahibleri-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR