Şəkidə it ev sahibini dişlədi

Şəkidə it ev sahibini dişlədi
04:03 29 May 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəki sakinini it dişləyib.

Publika.az xəbər verir ki, mayın 28-də axşam saat 21:00 radələrində rayonun Suçma kənd sakini, 1993-cü il təvəllüdlü Günay Fədai qızı Rəsulova it dişləməsi xəsarətləri ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, 24 yaşlı Günay Rəsulova yaşadığı ünvanda ailəsinə məxsus iti bağlamaq istəyən zaman it onun hər iki əlindən dişləyib. G. Rəsulovaya müvafiq tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/200501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR