Filippin prezidenti separatçıları terrorçularla mübarizəyə çağırıb

Filippin prezidenti separatçıları terrorçularla mübarizəyə çağırıb
04:07 29 May 2017
152 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 may. REPORT.AZ/ Filippin prezidenti Rodriqo Duterte Holo adasındakı hərbi bazaya səfəri zamanı solradikal ölkə üsyançılarını və Moro separatçılarını İŞİD-ə sədaqət andı içmiş "Mauta" və "Əbu Sayyaf" terror qruplaşmalarına qarşı mübarizəyə qoşulmağa çağırıb.
"Report" xəbər verir ki, o, hökumətin keçmiş düşmənləri sırasından ayrıca hərbi bölmə yaratmağa hazır olduğunu bildirib.
"Mən hökumətin keçmiş düşmənləri sırasından ayrıca hərbi bölmə yaratmağa hazıram... Mən sizə məvacibli və güzəştləri olan muzdlu hərbçi olmağı təklif edirəm. Sizin üçün evlər inşa olunacaq... Gəlin qoşulun hökumətə", - deyə prezident əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/filippin-prezidenti-separatcilari-terrorcularla-mubarizeye-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR