“Qızıl buts”un sahibi bəlli oldu

“Qızıl buts”un sahibi bəlli oldu
06:24 29 May 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

"Barselona"nın və Argentina millisinin hücumçusu Lionel Messi mövsümün yekunlarına görə "Qızıl buts" mükafatına layiq görülüb.

 

 APA-nın məlumatına görə, "Qızıl buts" Avropa liqalarında rəqib qapılarından ən çox top keçirən futbolçuya verilir.

 

 L.Messi İspaniya La Liqasının 2016/2017 mövsümündə 34 matçda ümumilikdə 37 qol vurub.

 

İkinci yerdə 34 qolla Lissabonun “Sportinq” klubunun hollandiyalı hücumçusu Bas Dost, üçüncü isə hesabında 31 qol olan Dortmund “Borussiya”sının qabonlu forvardı Pyer-Erik Obameyanqdır.

 

Qeyd edək ki, L.Messi “Qızıl top”u artıq dördüncü dəfədir ki, qazanır. O, bundan əvvəl 2010, 2012 və 2013 illərdə qitənin ən məhsuldar futbolçusu olub.


Xəbərin orijinal ünvanı: https://news.lent.az/news/275655

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR