"Onlar artırmalıdır"

"Onlar artırmalıdır"
07:17 29 May 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

"Shanghai Shenhua"nın hücumçusu Karlos Tevez Çin futbolunun səviyyəsini "Köhnə qitə"dən xeyli aşağı dəyərləndirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı forvard bunları qeyd edib:

"Çinin heç bir təmsilçisi Avropanın aparıcı klubları ilə rəqabət aparmaq iqtidarında deyil. Dünyanın ən yaxşı futbolçularını transfer etsələr də, Çində futbolun xarakteri və azarkeş əstəyi fərqlidir. Çin futbolu yaxın 50 ildə Avropa səviyyəsinə çatmayacaq. Çinli futbolçular texniki baxımdan elə də yaxşı təsir bağışlamır. Amma yeni legioner limitinin tətbiqindən sonra yerli gənclər daha çox oynamaq imkanı qazanacaqlar. Onlar artırmalıdır. Yerli oyunçular yöndəmsiz olduqlarından istəmədən belə özlərinə zədə yetirə bilərlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR