Bakıda gənc qadın özünü 8-ci mərtəbədən atıb

Bakıda gənc qadın özünü 8-ci mərtəbədən atıb
08:12 29 May 2017
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda gənc qadın intihar edib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun 8-ci mikrorayon ərazisində yerləşən binalardan birində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü qadın (Adı, hələlik açıqlanmır) özünü 8-ci mərtəbədən yerə atıb. O, xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/549128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR