Dünya birjalarında neft ucuzlaşıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,36% azalaraq 49,62 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar və ya 0,33% azalaraq 51,98 dollar olub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində