"Aygün, Faiq və Röya mənim pilləmə qalxa bilməzlər" - VİDEO

"Aygün, Faiq və Röya mənim pilləmə qalxa bilməzlər" - VİDEO
10:22 29 May 2017
133 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Niyam Salami yeni mahnısını təqdim edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Lider Maqazin"ə danışan ifaçı "Ədalətsiz dünya" mahnısını ifa edib. Niyam bəstəni kreditə götürdüyünü deyib: 

"Bu mahnını mənə təqdim edəndə sözlərinə baxdım. Çünki sözlərində hər şey var. Doğrudan da, ədalətsiz dünyadır. Dünyada yaşayan insanlardan çox ədalətsizlik görmüşəm. Mahnının müqaviləsinə 3 min manat vermişəm. Amma bu pulun hamısını yox, az-az vermişəm". Niyam mahnının artıq indidən hit olduğunu deyib: 

"Nurlan Hatəmoğlunun yazdığı və ifa etdiyim mahnı mənim üçün hitdir". 

Niyam məşhur "Disko rəqqası" hind filmindəki mahnını ifa etdiyini və oradakı məşhur obrazı yaradacağını da bildirib.
 
N.Salami xalq artistləri Aygün Kazımova, Faiq Ağayev və əməkdar artist Röya Ayxanı birincilər sırasında görmədiyini söyləyib: 

"Aygün xanım, Faiq və Röya ilə məni bir tutmayın. Mənim öz pilləm var. Mənim pilləmə qalxa da bilməzlər. Mənim yerimdə heç kim otura bilməz".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/549139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR