Milyarderlə məşhur model evləndilər - FOTO

Milyarderlə məşhur model evləndilər - FOTO
10:32 29 May 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur supermodellərindən biri, avstraliyalı Miranda Kerr ilə Snapchat servisinin banisi və sahibi Evan Şpigelin toyu olub.

Milli.Az TMZ-yə istinadlən bildirir ki, toy 26 yaşlı E.Şpigelin ABŞ-ın Los-Anceles şəhərindəki villasında olub.

34 yaşlı M.Kerrin təkidi ilə bağlı olaraq nikah və toy mərasimi dəbdəbəli olmayıb. Toya E.Şpigellə M.Kerin ailə üzvləri, yaxın qohumları və dostları dəvətli idilər.

Toy villanın bağında pianoçunun serenadalar ifa etməsi ilə başlayıb.

"Toy çox məhdud çevrədə olsa da, həddən ziyadə səxavətli və gözəl idi. Mirandanın gözəl zövqü olduğundan hər şey yaxşı idi", - qonaqlardan biri deyib.

Daha sonra E.Şpigellə M.Kerr "When You Wish At Star" mahnısının sədaları altında rəqs ediblər.

M.Kerr əvvəllər 40 yaşlı aktyor Orlando Blumla nikahda olub.  Onlar 2013-cü ildə boşanıblar. Modelin bu izdivacdan 6 yaşlı Flin adlı oğlu var.

E.Şpigel və Miranda Kerr "Louis Vuitton" brendinin 2014-cü ildə Nyu-Yorkda təşkil etdiyi ziyafətdə tanış olmuşdular. Onlar ötən ilin iyulunda nişanlanmışdılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR