Kim gəlir, kim gedir?

Kim gəlir, kim gedir?
10:37 29 May 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 2016-17 mövsümü başa çatar-çatmaz Premyer Liqa klubları transfer çalışmalarına start veriblər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gələn mövsüm elitada iştirakı dəqiq olan 7 komanda hələ ki, daxili "bazar"la kifayətlənir.

Klublar ilk növbədə heyətlərində "təmizlik işləri" aparmaqla məşğuldurlar. 
 
Transfer fəaliyyətinə ən sürətli start götürən komanda "Sumqayıt"dır. Transfer qadağası olan "İnter"lə yanaşı, "Qəbələ" və "Zirə" hələ yeni transfer etməyib. 
 
 
"Qarabağ"
Gələn: Abbas Hüseynov ("İnter")
Gedənlər: İlyas Səfərzadə ("Kəpəz"), Azər Salahlı ("Sumqayıt"), Vüqar Mustafayev ("Zirə"), Boyan Şaranov, Vüqar Nadirov, İlqar Qurbanov
Müqavilə müddətini artıranlar: Əfran İsmayılov, Qara Qarayev, Ansi Aqolli
 
"Qəbələ"
Gələnlər: Yusif Nəbiyev ("Sumqayıt": icarədən qayıdıb), Elvin Məmmədov ("Zirə")
Gedənlər: Teo Uiks ("Ermis": icarə müddəti başa çatıb), Rəşad Eyubov ("Sumqayıt"), Nika Kvekveskiri ("Tobol", Qazaxıstan), Daniel Subotiç, Məhəmməd Mirzəbəyov, Sergey Zenyov, Rəşad Sadiqov, Rafael Santos, Murad Musayev
Müqavilə müddətini artıranlar: Roman Qriqorçuk (baş məşqçi), Dmitri Bezotosnı, Elvin Camalov, Vitali Vernidub, Cavid Hüseynov, Asif Məmmədov
 
"İnter"
Gələn: yoxdur
Gedənlər: Abbas Hüseynov ("Qarabağ"), Səlahət Ağayev ("Neftçi"), Zurab Xizanişvili (karyerasını bitirib)
Müqavilə müddətini artıranlar: Nizami Hacıyev, Tərlan Quliyev, Samir Zərgərov, Slavik Alxasov, Pərdis Fərcad-Azad, Elnur Abdullayev, Mirsahib Abbasov, İlkin Qırtımov, Denis Silva, Fuad Bayramov, Adrian Skarlatake, Məmməd Quliyev, Orxan Sadıqlı
 
"Zirə"
Gələnlər: Nicat Qurbanov ("Kəpəz"), Vüqar Mustafayev ("Qarabağ")
Gedənlər: Migel Lorenzo ("Vitoriya", Portuqaliya: icarə müddəti başa çatıb), Tural Cəlilov ("Kəpəz"), Nurlan Novruzov ("Bakı": icarə müddəti başa çatıb), Yamin Ağakərimzadə ("Səbail"), Elvin Məmmədov ("Qəbələ"), Amadu Ben Sanqar
Müqavilə müddətini artıranlar: Kamal Bayramov, Anar Nəzirov, Sadiq Quliyev, Təmkin Xəlilzadə, Viktor İbekoyi, Yovan Krneta, Aleksandr Şemonayev, Milan Duriç
 
"Kəpəz"
Gələnlər: İlyas Səfərzadə ("Qarabağ"), Kamran Abdullazadə ("Sumqayıt"), İlkin Sadıqov ("Turan Tovuz"), Tural Cəlilov ("Zirə"), Azər Məmmədov ("Turan Tovuz")
Gedənlər: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi "Sumqayıt"), Nicat Qurbanov ("Zirə"), Dario Federiko, Tural Qürbətov, Eyyub Əliyev, Tural Nərimanov, Orxan Əliyev, Tadas Simaitis, Julien Ebah, Serjio Kosta
Müqavilə müddətini artıranlar: Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev, Ceyhun Cavadov, Tural Rzayev
 
"Sumqayıt"
Gələnlər: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi "Kəpəz"), Cavid İmamverdiyev ("Neftçi"), Kamal Mirzəyev (AZAL), Rəşad Eyyubov ("Qəbələ"), Azər Salahlı ("Qarabağ")
Gedənlər: Mirabdulla Abbasov ("Neftçi": icarə müddəti başa çatıb), Kamran Abdullazadə ("Kəpəz"), Yusif Nəbiyev ("Qəbələ": icarə müddəti başa çatıb), Məhəmməd Qurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli, Nasir Abilayev, Seymur Əsədov
Müqavilə müddətini artıranlar: Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə
 
"Neftçi"
Gələnlər: Səlahət Ağayev ("İnter"), Mirabdulla Abbasov ("Sumqayıt": icarədən qayıdıb)
Gedənlər: Cavid İmamverdiyev ("Sumqayıt"), Mahir Şükürov (karyerasını bitirib), Kamal Qurbanov, Murad Ağayev (hər ikisi "Səbail"), Jairo Rodriges, Maksim Vaylo
Müqavilə müddətini artıranlar: Elxan Abdullayev (baş məşqçi), Tərzin Cahangirov, Elvin Bədəlov
 
"Səbail"
Gələnlər: Samir Əliyev (baş məşqçi), Kamal Qurbanov, Murad Ağayev (hər ikisi "Neftçi"), Yamin Ağakərimzadə ("Zirə"), Emin Mehdiyev ("Zaqatala")
Gedənlər: Elman Sultanov (baş məşqçi)
Müqavilə müddətini artıranlar: Təyyar Məmmədov, Eltun Yaqublu, Emil Balayev, Orxan Qurbanlı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549136.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR