Baş nazir: “Gürcüstan öz tərəfdaşları ilə regional layihələrin təhlükəsizliyini yüksək səviyyədə qoruyur”

Baş nazir: “Gürcüstan öz tərəfdaşları ilə regional layihələrin təhlükəsizliyini yüksək səviyyədə qoruyur”
10:47 29 May 2017
Ölkə mətbuatı
A- A+

Tbilisi. 29 may. REPORT.AZ/ Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzrum, Bakı-Supsa neft və qaz kəmərləri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Georgi Kvirikaşvili NATO PA-nın yaz sessiyasındakı çıxışı zamanı deyib.
O, Gürcütsanın enerji resurslarının şaxələndirilməsi ilə bağlı məlumat verib və bildirib ki, Gürcüstan hökuməti öz tərəfdaşları ilə bu və digər layihələrin daha da genişlənməsi istiqamətində mühüm işlər görür.
G.Kvirikaşvili regionda həyata keçirilən digər regional layihələrin də əhəmiyyətini xüsusi qeyd edib. Baş nazir deyib ki, bu layihələr Avropa ilə Asiya arasında siyasi, iqtisadi, ticarət, mədəni əlaqələrin genişlənməsində, eləcə də təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq: “Gürcüstan öz tərəfdaşları ilə bu və digər layihələrin təhlükəsizliyini yüksək səviyyədə qoruyur və bundan sonra da qoruyacaq”.





Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bas-nazir-gurcustan-oz-terefdaslari-ile-regional-layihelerin-tehlukesizliyini-yuksek-seviyyede-qor

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR