Oruclu halda baş ağrılarından necə xilas olaq?

Ramazan ayında qidalanma rejiminin dəyişməsi, yuxusuzluq, uzun müddət ac və susuz qalmaq baş ağrılarına səbəb ola bilər.

Metbuat.az xəbər verir ki, həkim nevroloq Xəyal Ərgin Toktaş Ramazanda baş ağrılarından xilas olmağın yollarından danışıb: “Ramazanda uzun müddət ac və susuz qalmaq qan təzyiqi ilə yanaşı qan şəkərini aşağı salır və buna bağlı baş ağrıları meydana gəlir. Miqren tipli baş ağrıları olan insanlarda ağrılar daha da şiddətlənir”.

Həddindən artıq yağlı və duzlu qidalardan uzaq durun

Ramazan ayında imsaka qaldığınız üçün kifayət qədər yuxu yatmırsınız, bu da miqren ağrılarına səbəb ola bilər. Yuxu rejiminin pozulması, yuxusuzluğun yaratdığı stress baş ağrılarına səbəb olur. Bu müddətdə xüsusilə yuxunu qaçıracaq kofein tərkibli maye və qidalardan uzaq durmaq lazımdır. Yuxudan əvvəl duş almaq faydalı ola bilər. Baş ağrılarından qorunmaq üçün xəfif və sağlam qidalar yemək faydalıdır. İftar və imsak arası bol su içmək önəmlidir.

İmsak və iftar saatlarına görə dərman qəbul edin

Ağrılar şiddətli olduğu təqdirdə həkiminizlə dəqiqləşdirib dərman qəbul edə bilərsiniz.

Nəfəs və rahatlamaq üçün idman hərəkətləri edin

Oruclu halda ortaya çıxan xəfif və orta şiddətli baş ağrıları zamanı nəfəs və rahatlamaq üçün idman hərəkətləri edin. Bundan əlavə təmiz havaya çıxmaq, qaranlıq və sakit otaqda qısa müddət yatmaq ağrını azaltmağa yardım edəcək. Oruclu halda ortaya çıxan hər baş ağrısı aclıqdan yaranmır. Əgər ağrıyla yanaşı, qusma, qızdırma, görmənin itirilməsi varsa, dərhal həkimə müraciət etmək lazımdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR