Millimizlə oyun öncəsi Şimali İrlandiyada İTKİ

Millimizlə oyun öncəsi Şimali İrlandiyada İTKİ
10:57 29 May 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

Şimali İrlandiya milli komandası Azərbaycan yığmasına qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl hücum xəttində daha bir futbolçu itkisi ilə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, toyu ilə əlaqədar görüşü buraxacaq Konor Vaşinqtonun ardından Ceymi Uordun da dəvətlilər siyahısında olmayacağı müəyyənləşib. İngiltərə "Nottingham Forest"ində çıxış edən təcrübəli forvard mövsümün son oyununda zədələnib.

Qeyd edək ki, Şimali İrlandiya millisi Azərbaycanla iyunun 10-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək. İyunun 2-də isə bu komandanı Yeni Zelandiya ilə yoldaşlıq görüşü gözləyir. Baş məşqçi Maykl O`Nil hər iki matç üçün heyəti mayın 29-da açıqlayacaq.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR