Mağazalarda oruclular üçün qoyulan suya, xurmaya tamah salanlar...

Mağazalarda oruclular üçün qoyulan suya, xurmaya tamah salanlar...
11:05 29 May 2017
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Ramazan ayının ikinci günüdür. Diqqətçəkən məqamlardan biri də Bakı və digər şəhərlərdə fəaliyyət göstərən super marketlər və bir çox mağazalar şəbəkəsində iftar zamanı həmin mağazada olan və oruc tutan vətəndaşlar üçün su, xurma, şirniyyatların təqdim edilməsidir. Bu, oruclu şəxslərin evlərinə getmədən oruclarını açmasına şərait yardır. Məsələ burasındadır ki, hər yerdə olduğu kimi burada da insanlarımız biri digərinin haqqına girir. Ömründə bircə dəfə də olsun oruc tutmayanlar nəfislərinin qurbanına çevrilərək təxminən 17 saata yaxın bir müddətdə yeyib-içməyənlər üçün nəzərdə tutulmuş təamları bir andaca yox edirlər.

Milli.Az xəbər verir ki, Məşədi Dadaş məscidinin imam-camaatı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli modern.az-a deyib ki, orucluq mənəvi məsələdir:

"Əgər həmin yerlərdə qoyulan təamlar oruc tutanların iftarlarını açması üçün nəzərdə tutulubsa, onun başqaları tərəfindən mənimsənilməsi doğru deyil. Amma bu elə bir məsələdir ki, kiməsə qadağa da qoymaq olmaz. Ona görə ki, bu, hərənin öz əxlaqına, öz mənəviyyatına bağlıdır".

İlahiyatçı bildirib ki, bunu bu və digər şəkildə tənzimləmək olmaz:

"Ramazan ayının, orucun, iftar və imsakın fəlsəfəsini başa düşmək lazımdır. Orada qoyulan qidaların ehtiyaclı yaxud həmin vaxt evinə getmək imkanı olmayan insanlar üçün nəzərdə tutulduğu qeyd olunubsa, digərlərinin ondan istifadə etməsi heç bir baxımdan düzgün deyil".

QMİ-nin açıqladığı təqvimə görə Ramazan ayı mayın 27-də başlayıb. Təqvimə görə, Ramazan ayının Qədr gecələri iyunun 13-ü, 15-i, 17-si və 21-nə təsadüf edəcək. Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR