Kim Çen Indan dəhşətli müharibəyə səbəb olacaq hərəkət...

Koreya Xalq Demokratik Respublikası növbəti dəfə raket sınağı həyata keçirib.

Metbuat.az-ın məlumatına görə, 6 dəqiqə havada qalan qısa mənzilli "Scud"raketi Yaponiya sahillərinə düşüb. Yerli mənbələr sınaqların uğurlu alındığını irəli sürüb.

Şimal Koreya güc nümayişinə bununla kifayətlənməyib. Pxenyan idarə oluna bilən yeni zenit qurğularının da sınaqlarını reallaşdırıb. Sınaqlarda iştirak edən ölkə lideri Kim Çen Inın olduqca şən görünməsi diqqətdən yayınmayıb. "KCNA" dövlət agentliyinin məlumatına görə, yeni zenit qurğularının geniş istehsalı planlaşdırılır:

"Yeni silah sistemiylə hərbi gücü və hava üstünlüyü ilə öyünən düşmənin vəhşi xəyalları darmadağın olacaq".

Bu arada, ABŞ-ın Müdafiə naziri Ceyms Mattis Pxenyanın hərbi addımları barədə bəyənat yayıb. O bildirib ki, diplomatik səylərin uğursuz alınması Şimali Koreya ilə müharibəyə gətirib çıxara bilər:

"Şimali Koreya ilə müharibə baş verərsə, Çin və Rusiya da daxil olmaqla bütün bölgə fəlakətə düçar olacaq".

Amerikalı nazir Pxenyanın Seulu vura biləcək raketlərə sahib olduğuna diqqət çəkərək, baş verə biləcək qarşıdurmanın ciddi tələfata yol açacağını ifadə edib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR