Azərbaycanlı aparıcıdan ŞOK İDDİA

Uzun illərdir "Lider" telekanalında çalışan aparıcı Murad Arif illər öncə İTV-də "Qaraj" verilişinin aparıcısı olaraq da tanınırdı.

Metbuat.az xəbər verir ki, daha sonra verilişdə görülməyən aparıcının kanaldan ayrıldığı xəbəri yayılmışdı. İllər sonra aparıcı bu haqda şok faktları dilə gətirib:

""Qaraj" verilişinin aparıcısı olduğum illərdə bəziləri torbamı tikdi. Hikkəmdən ərizə yazıb, işdən çıxdım. Qaldım işsiz..."

Aparıcı işsiz qaldığı dönəmdə depressiyaya da düşdüyünü açıqlayıb.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR