ABŞ-ın Yuta Ştatında Azərbaycanla bağlı Bəyannamə qəbul edilib

ABŞ-ın Yuta Ştatında Azərbaycanla bağlı Bəyannamə qəbul edilib
11:14 29 May 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Yuta ştatının senatoru Cin Deyvisin təşəbbüsü ilə Yuta Ştat Senatı Azərbaycanın Respublika Günü ilə əlaqədar təbrik bəyannaməsi qəbul edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Lent.az-a verilən məlumata görə, Bəyannamədə, 1918-ci ildə Azərbaycan Respublikasının təsis edildiyi bildirilərək, müstəqillik yolunda tarixi addımların atıldığı qeyd olunur.


Vurğulanır ki, Azərbaycanda mövcud olan milli-mədəni və dini müxtəliflik sülh və əmin-amanlıq içərisində yaşamaq istəyən bütün xalqlar üçün nümunə təşkil edir. Həmçinin, Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi, bu müddət ərzində ABŞ ilə yaxın əməkdaşlıq münasibətləri qurduğu bildirilir.   

Sənədin sonunda Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 99-cu ildönümü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlanır.

 


Xəbərin orijinal ünvanı: https://news.lent.az/news/275664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR