Dünya şöhrətli məşqçi qovuldu

Dünya şöhrətli məşqçi qovuldu
11:17 29 May 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

"Zenit" Mirça Luçesku ilə yollarını ayırıb. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Sankt-Peterburq rumın mütəxəssisə təşəkkür edib və karyerasında uğurlar arzulayıb. 


Qeyd edək ki, 71 yaşlı mütəxəssis 12 il çalışdırdığı "Şaxtyor"dan ötən il ayrılaraq "Zenit"ə keçmişdi. "Zenit"ə ötən il Rusiya Kubokunu qazandıran Luçesku Ukrayna klubu ilə UEFA Kubokuna (1 dəfə), ölkə çempionluğuna (8), kubokuna (6) və Super Kubokuna (7) sahib çıxıb.


O, əvvəllər vətənində "Korvinul", "Dinamo", "Rapid", İtaliyada "Pisa", "Breşiya", "Recciana", "İnter", Türkiyədə "Qalatasaray" və "Beşiktaş" klublarını, Rumıniya millisini çalışdırıb. Luçesku məşqçi karyerası ərzində 34 titul qazanıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dunya-ohrtli-mqci-qovuldu-t58386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR