Ramazan ayında niyə xurma yeyilir?

Ramazan ayında iftar süfrələrinin vazkeçilməzi xurmadır.

Metbuat.az xəbər verir ki, Qurani-Kərimdə adı keçən xurma olduqca faydalı meyvədir. Elm adamlarının apardığı araşdırmada xurmanın ürək xəstəliklərinə və mədə problemlərinə faydalı olduğu sübut olunub.

Vətəni Ərəbistan yarımadası və Şimali Afrika olan xurma haqqında peyğəmbərimiz deyib: “Möminin orucunun xurma ilə olması nə gözəldir. Oruclu xurma ilə iftar etsin, çünki xurma bərəkətdir”.

Xurma protein və karbohidratı özündə daşıyan tək qida olaraq tanınır. Buna görə də, həm iftar, həm də imsakda insanların bütün ehtiyaclarını qarşılayır.

Tərkibi B1 və B2 vitaminləri ilə zəngin olan xurma qaraciyəri gücləndirir. Xüsusilə, Ramazan ayında istifadə edilməsinin səbəbi halsızlığın qarşısını almasıdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR