...VƏ PKK-nın əsas adamı ÖLDÜRÜLDÜ

Türk ordusunun Bitlisin Tatvan rayonunda terrorçulara qarşı həyata keçirdiyi əməliyyat zamanı öldürülən 11 terrorçu arasında Abdullah Öcalanın katibi də var.

Metbuat.az xəbər verir ki, Nuran Ekinci adlı terrorçu digər terrorçular kimi dağda öldürülüb. Onunla yanaşı, öldürülən 11 terrorçudan 7-i qadın olub.

Nuran Ekincinin PKK terror təşkilatının hazırki lideri Murat Karayılanın mühafizəsini də həyata keçirdiyi ortaya çıxıb. 17 yaşında 3 rəfiqəsi ilə birlikdə Suriyaya gedən Ekinci həmin illərdə Abdullah Öcalanla tanış olub və Öcalan onu özəl katibi təyin edib.

1998-ci ildə Suriyadan ayrılmaq məcburiyyətində qalan Öcalan, Nuran Ekincini Kandildəki PKK-a düşərgəsinə göndərərək, Murat Karayılana tapşırıb. Murat Karayılan 2016-cı ilin əvvəllərində Ekincini Bitlis-Tatvan qrupunun rəhbəri kimi bölgəyə göndərib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR