Dərini ləkələrdən təmizləmək üçün təbii maska

Havalar isindikcə günəş şüalarının təsirindən dəridə müəyyən ləkələr meydana gəlir.

Metbuat.az xəbər verir ki, dərini ağartmaq üçün təbii üsullarla maskalar hazırlaya bilərsiniz.

Portağal qabığı və qatıq maskası

Portağal qabıqlarını qurudub toz halına gətirin. Sonra qatıq ilə qarışdırıb məcun hazırlayın. Dərinizə qarışığı sürtdükdən 15 dəqiqə sonra yuyun.

Dərini ağartmaq üçün sarıköklə maska hazırlaya bilərsiniz. Ehtiyacınız olan sarıkök, sandal ağacı tozu və süddür. Sarıkökü südlə qarışdırıb məcun halına gətirin. Üzərinə sandal ağacı tozunu əlavə edib dərinizə sürtün. Məcun quruduğunda süd ilə isladın. Maksimum 20 dəqiqə sonra bol su ilə yuyun.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR