Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında “Sərhəd-sipər” əməliyyatlarına başlanıb.
Genişmiqyaslı əməliyyatlar hüquq-mühafizə orqanları tərəfindən
ölkənin şimal rayonlarında keçirilir. Rayonların girişində polis
postları qurulub. Əməliyyatların iyun ayının 4-dək davam etməsi
planlaşdırılır.
Əməliyyatlar Rusiya ilə Azərbaycan arasında qəbul olunmuş
razılaşmaya əsasən aparılır. Tədbirlərin əsas məqsədi sərhədyanı
əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə
yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və
terrorçu təşkilatların üzvlərinin ifşa edilərək
zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və
qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd
əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin
daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması
sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.
(apa)