ABŞ-ın dəstəklədiyi PYD (PKK-nın Suriyq qolu-red) Haseke
və Rakka bölgələrindən sonra gözünü Deyrizora dikib.
Publika.az xəbər verir ki, PYD bölgəyə ABŞ-la birgə hücum
panları qurur. Bununla yanaşı, bölgədəki aşirətlərlə (yerli
nəsillər) görüşlər keçirir. Məlumata görə, bölgədən gündə min barel
neft çıxarılır ki, bu da milyon dollar qazanc deməkdir.
“Yeni Şafak” qəzeti yazır ki, hazırda PYD ABŞ-ın dəstəyi ilə
Deyrizora doğru irəliləyir.
“Böglədə silahlı toqquşmalar davam edir. ABŞ PYD vasitəsilə
bölgədəki ən böyük aşirətlərin liderləri ilə görüşlər keçirərək,
ittifaq qurmaq istəyir. Deyrizorla yanaşı, zəngin neft yataqları
olan Meyadin də hədəfdədir”, - deyə qəzet yazıb.
Qəzetə danışan Suriya keçid hökumətinin energetika naziri Abdullah
Rezzak bildirib ki, PYD-yə Deyrizorun və digər yaxın bölgələrin
neft yataqlarını tutmağa ABŞ-la yanaşı, İngiltərə də kömək
edir.
Asif