Qırğızıstanda prezident seçkilərinin vaxtı bilindi

Qırğızıstanda prezident seçkilərinin vaxtı bilindi
12:15 29 May 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qırğızıstanda növbəti prezident seçkiləri 2017-ci il oktyabrın 15-də keçiriləcək.

Trend-in məlumatına görə, bunu Qırğızıstan Prezidenti Almazbek Atambayev bəyan edib.

A.Atambayevin 6 illik səlahiyyət müddəti cari ilin 1 dekabrında başa çatır.

Dövlət başçısı prezident postunda öz işini təhlil etdiyini bildirib: "Son 5-6 il ərzində xalqı, dövləti narahat edən məsələləri həll edə bildik. Qırğızıstan xalqı öz yolunu tapıb".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2760164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR