Qız Qalasının qarşısında 3 avtomobil toqquşdu: Tıxac yarandı - FOTO

Qız Qalasının qarşısında 3 avtomobil toqquşdu: Tıxac yarandı - FOTO
12:17 29 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Neftçilər prospektində, Qız Qalasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, 90 JE 062 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə 99 TR 663 nömrəli "Hundai" və 99 BR 542 nömrəli  "Mercedes" markalı avtomobilləri toqquşub. 

Avtomobillərə ziyan dəysə də, xəsarət alan yoxdur. Hadisə nəticəsində yol bağlanıb, təxminən bir saata kimi tıxac yaranıb. 

Qəzanın "Mercedes"in sürücüsünün səhvi ucbatından baş verdiyi bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR