İŞİD o ölkəyə hücuma keçdi, küçələr cəsədlərlə doludur

Filippinin Marawi şəhərində İŞİD-lə əlaqələndirilən “Maute” təşkilatı ilə təhlükəsizlik qüvvələri arasındakı qarşıdurmalar davam edir.

Metbuat.az xəbər verir ki, polis “Maute” təşkilatı tərəfindən edam edilən 16 nəfərin cəsədini tapıb. Başlarından vurularaq öldürülən adamların cəsədləri tanınmaz halda olub. Qadın və uşaqların olduğu 8 cəsəd Mindanao Universitetinin ikinci korpusunda tapılıb.

CNN-də yer alan görüntüdə İŞİD bayrağının Maravidəki məktəblərdən birinin damına asıldığı görünüb. Şahidlər şəhərin hər yerində İŞİD bayrağının asıldığını deyib.

Hadisələrin baş verdiyi vaxtda Rusiyada səfərdə olan Filippin prezidenti Duterte ölkəsinə dönərək hərbi vəziyyət elan edib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR