Bakı sakini yüksək dozada heroin qəbul edərək ölüb

Bakı sakini yüksək dozada heroin qəbul edərək ölüb
12:32 29 May 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 may. REPORT.AZ/ Bakı şəhər sakininin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb
"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini Hümbət Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Aparılan araşdırmalar zamanı onun paytaxt sakini Ceyhun Süleymanovun evində digər iki tanışı ilə birgə yüksək dozada heroin qəbul edərək ölməsi, bundan sonra C.Süleymanovun həmin şəxslərlə birgə cəsədi “Mercedes” markalı avtomobilində Şağan qəsəbəsi ərazisinə gətirib atmaları müəyyən edilib.
Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Süleymanov tutulub. Digər şəxslərin tutulması üçün tədbirlər görülür.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/baki-sakini-yuksek-dozada-heroin-qebul-ederek-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR