Bakıda avtobusdan yıxılan şəxs xəstəxanada ölüb

Bakıda avtobusdan yıxılan şəxs xəstəxanada ölüb
12:37 29 May 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 may. REPORT.AZ/ Bakıda avtobusdan yıxılaraq xəsarət alan şəxs xəstəxanada ölüb.
"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi "Daevoo" markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb.
Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtobusdan-yixilan-sexs-xestexanada-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR