81 saylı avtobusdan yıxılan şəxs ölüb

81 saylı avtobusdan yıxılan şəxs ölüb
12:43 29 May 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Avtobusdan yıxılmış paytaxt sakini ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 26-da paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi "Daevoo" markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb.

Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2760176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR