Bakıda ölən şəxsin meyitini dostları küçəyə atdı

Bakıda ölən şəxsin meyitini dostları küçəyə atdı
13:22 29 May 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yüksək dozada narkotik qəbul edən şəxs ölüb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, mayın 26-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini Hümbət Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
 
Aparılan araşdırmalar zamanı onun paytaxt sakini Ceyhun Süleymanovun evində digər iki tanışı ilə birgə yüksək dozada heroin qəbul edərək ölməsi, bundan sonra C.Süleymanovun həmin şəxslərlə birgə cəsədi "Mercedes" markalı avtomobilində Şağan qəsəbəsi ərazisinə gətirib atmaları müəyyən edilib.  
 
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Süleymanov tutulub.
 
Digər şəxslərin tutulması üçün tədbirlər görülür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/549223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR