Qələbə dairəsində niyə işıqfor qoyuldu?

“Qələbə dairəsində işıqfora çoxdan ehtiyac var idi”

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, təkcə Qələbə meydanında deyil, Bakının yüzlərlə hissəsində işıqfora ehtiyac var:

“Hələ ki, sözügedən yolda iki sitiqamətdə işıqfor qoyulub. Amma Mətbuat prospektindən Qələbə dairəsinə gələn istiqamətə də işıqfor qoymaq lazımdır . Avtomobillərin hərəkətini tənzimləmək məqsədilə istənilən yola işıqfor qoyula bilər. Sadəcə normal rejimdə işləyən işıqfor lazımdır”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR