Millimizin gücü İslandiyaya çatdı

Millimizin gücü İslandiyaya çatdı
14:05 29 May 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

Kişi voleybolçular arasında dünya çempionatının seçmə mərhələsi başa çatıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı A qrupunda sonuncu V turun görüşləri baş tutub.

İlk matçında Türkiyəyə, ikinci oyunda Almaniyaya, ardınca Ukraynaya, 4-cü matçda isə Fransaya 0:3 hesabı ilə məğlub olan Fərid Cəlalovun yetirmələri sonuncu qarşılaşmasında İslandiya ilə üz-üzə gəlib. Millimiz kimi ilk 4 oyununda məğlub olan rəqibə qarşı yığmamız təsəlli qələbəsi qazanmağı bacarıb. Hər üç setdə rəqibindən aşkar üstün olan yığmamız qələbə qazanaraq ən azından qrup sonunculuğundan canını qurtarıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR