Cəhənnəmdən arvadına məktub və gül buketi göndərdi

O dünyadan həyat yoldaşına gül buketi və məktub göndərən adam... Eşidənləri şoka salan olay Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vayominq ştatında baş verib.

Metbuat.az bildirir ki, 52 yaşlı Şelli Qolay gözləmədiyi halda gül buketi və məktub alıb. Dərhal məktubu açan qadının bir anlığa nitqi tutulub. Məktub bir il əvvəl beyin şişi xəstəliyindən dünyasını dəyişmiş həyat yoldaşından gəlib. Nə baş verdiyini anlamayan qadın gülün göndərildiyi mağazaya yollanıb. Elə işin məğzi də bunnan sonra ortaya çıxıb. Sən demə, Şellinin həyat yoldaşı Cim Qolay beynində şiş aşkarlandığını və öləcəyi günün elə uzaqda olmadığını öyrənəndə gül satılan mağazalardan biri ilə müqavilə imzalayıb.

Müqaviləyə əsasən isə, hər il eyni gündə Cimin adından həyat yoldaşına gül dəstəsi göndərilməli idi. Mərhum günahlarına görə cənnətə getməyəcəyini düşündüyü üçün, gül buketinin üzərinə belə yazılmasını istəyib: "Cəhənnəmdən sevgilərlə, Cimdən..."

Oral Mədənçi / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR