"Qəbələ"dən ayrılan futbolçu "Zirə" klubuna keçib

"Qəbələ"dən ayrılan futbolçu "Zirə" klubuna keçib
14:17 29 May 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycanı 2017-2018 mövsümündə Avropa Liqasında təmsil edəcək "Zirə” klubu növbəti futbolçu transferini həyata keçirib. 
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ"dən ayrılan yarımmüdafiəçi Rəşad Sadiqov "qartallar”ın sıralarına qoşulub. 34 yaşlı oyunçu bir illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Rəşad Sadiqov karyerası ərzində "Şəfa”, "Qarabağ”, "Neftçi”, MOİK, "Xəzər Lənkəran” və "Qəbələ” klublarının formasını geyinib. O, Azərbaycan milli komandasında da çıxış edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-den-ayrilan-futbolcu-zire-klubuna-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR