NATO PA-nın Tbilisidə keçirilən yaz sessiyası başa çatıb

NATO PA-nın Tbilisidə keçirilən yaz sessiyası başa çatıb
14:17 29 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 28 may. REPORT. AZ/NATO Parlament Assambleyasının Tbilisidə keçirilən yaz sessiyas başa çatıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, iclasda bir sıra tövsiyə xarakterli qərarlar və Gürcüstanın bu təşkilata inteqrasiyasını dəstəkləyən bəyannamə qəbul olunub.
Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti bu dəfə də, ölkənin sosial iqtisadi inkişafı, regionda reallaşdırdığı qlobal enerji və infrastruktur layihələri, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, eləcə də, qonşu Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyondan çox qaçqın və məcburi köçkün problemi barədə ətraflı məlumat veriblər.
Assambleyanın yaz sessiyasının iclasında bu qurumun Siyasi, Müdafiə və Təhlükəsizlik, Elm və Texnologiyalar, İqtisadiyyat və Təhlükəsizlik Komitələrinin iclaslarında müzakirə olunmuş məsələlərə də münasibət bildirilib, tövsiyə xarakterli qərarlar qəbul olunub.
İclasda gündəliyin əsas məsələsi, Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyası məsələsi də xüsusi müzakirə olunub.
Assambleyanın prezidenti Paolo Alli, Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş naziri Georgi Kvirikaşvili, parlamentin sədri İrakli Kobaxidze və başqaları çıxış ediblər.
Çıxışlarda dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, Gürcüstan Silahlı Qüvvələrində, eləcə də bütövlükdə bu ölkədə həyata keçirilən islahatlardan danışılıb. Bildirilib ki, bu islahatlar Gürcüstanın NATO-ya inteqrasiyasında mühüm rol oynayır.
Sonda Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasının dəstəkləyən bəyannamə qəbul olunub.
Bununla da NATO PA-nın yaz sessiyasıbaşa çatdıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/nato-pa-nin-tbiliside-kecirilen-yaz-sessiyasi-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR