“Qarabağda artıq hərbi sabitlik olmayacaq” – Rusiyalı politoloqdan MÜHARİBƏ XƏBƏRDARLIĞI

“Qarabağda artıq hərbi sabitlik olmayacaq” – Rusiyalı politoloqdan MÜHARİBƏ XƏBƏRDARLIĞI
14:18 29 May 2017
141 Digər
Ölkə mətbuatı
A- A+

“Qarabağda hərbi sabitlik artıq olmayacaq və gərgin vəziyyət getdikcə daha da şidətlənəcək”.

Publika.az
xəbər verir ki, bu bardə rusiyalı politoloq Qriqori Trofimçuk Ermənistan mediasına müsahibəsində deyib.

Lakin rusiyalı politoloq hesab edir ki, Qarabağda gərgin vəziyyət diplomatlar üçün yaxşı fürsətdir: “Çünki onlar bu haqda hesabat verə bilərlər ki, razılaşmaların reallaşması istiqamətində işləyirlər”.

Q.Trofimçuk təmas xəttində ATƏT müşahidəçilərinin sayının 7-yə çatdırılmasına da münasibət bildirib.

“Müşahidəçilərin sayının artırılması hələlik simvolik xarakter daşıyır. Çünki təmas xəttinin ölçüsü böyükdür və bu qədər insan ora nəzarət edə bilməz”, - deyə o bildirib.

Rusiyalı politoloq Qarabağda təhlükəli vəziyyətin yaranmasının digər səbəbini də açıqlayıb: “Məsələ ondadır ki, artıq münaqişə tərəfləri hücum etdiklərini gizlətmir və zərbələrdən sonra bu haqda açıq şəkildə danışırlar. Bu, proseslərin neqativ inkişafı deməkdir”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/200548.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR