Müğənni Aytac Vidadiqızı aparıcılığa başlayıb.
Milli.Az xəbər verir ki, Aytac Vidadiqızı verilişin ilk buraxılışının artıq çəkildiyini və yaxın günlərdə nümayiş olunacağını bildirdi:
"Verilişi tək aparmayacağam. "Rəngli səhifələr" adlı verilişi prodüserim Aynur Əliyeva ilə birlikdə aparacağıq. İlk qonağımız Samiraldo oldu. Kifayət qədər maraqlı məqamlara toxunmuşuq. Ümid edirəm ki, həmkarlarım verilişdə səslənən tənqidi fikirlərə görə bizdən inciməyəcək. Çünki bu verilişdə qaranı ağ kimi qələmə verməyəcəyik. Ünvanlı ismarıclar yox, konkret ad çəkilən ismarıclar səslənəcək. Çəkilişimiz tamamlanıb. Hazırda montaj işləri gedir. Verilişdə şou-biznesdə baş verən bütün hadisələr təhlil olunacaq".
Qeyd edək ki, "Rəngli səhifələr" adlı veriliş DTV-də yayımlanacaq.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində