Masallıda məktəb yoldaşını qətlə yetirən ŞAGİRD TUTULDU

Masallıda məktəb yoldaşını qətlə yetirən ŞAGİRD TUTULDU
14:47 29 May 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Masallıda məktəblinin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.

Milli.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 27-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisindən qəsəbə sakini, 17 yaşlı Kənan Əliyev xəstəxanaya gətirilib və orada ölüb.

Araşdırmalarla K.Əliyevin həmin gün qəsəbə ərazisindəki təhsil aldığı orta məktəbin həyətində 11-ci sinif şagirdi olan İbrahim Rükabzadə tərəfindən döyülməsi müəyyən edilib.
 
İ. Rükabzadə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulub. 
 
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/549251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR