Stomatoloq pul xətrinə xəstənin başına oyun açdı

Stomatoloq pul xətrinə xəstənin başına oyun açdı
14:48 29 May 2017
155 Dünya
Ölkə mətbuatı
A- A+

Hadisə Peterburqun Frozen bölgəsində qeydə alınıb.

Publika.az xəbər verir ki, şəhərin özəl klinikalarından birində çalışan qadın stomatoloq ona müraciət edən xəstələrdən birinin başına oyun açıb.

Konsultasiyaya gələn xəstənin dişlərinin xəstə olduğunu deyən həkim onun 22 sağlam dişini çəkib. Bu yolla qadın xəstədən pul qoparmaq istəyib. Xəstəyə implant dişlər qoyacağını deyən həkim bunun müqabilində pasiyentdən 850 min rubl istəyib.

Zərərçəkmiş şəxs hadisə ilə bağlı polisə şikayət edib.

Həkim haqqında dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR