​“Azscore”-də PUL MÜKAFATI

Azərbaycanı qlobal miqyasda təmsil edən, aylıq 10 milyondan artıq istifadəçiyə xidmət göstərən yerli veb-layihə Azscore.com bu həftə baş tutacaq Çempionlar Liqası finalı üçün "Ən yaxşı nəticə ehtimalı" nominasıyasını elan edib.

Metbuat.az xəbər verir ki, “https://azscore.com/az/predictor” linkinə daxil olaraq qeydiyyatdan keçən və oyunun hesab ehtimallarını ən düzgün daxil edən 3 nəfər pul mükafatına layiq görüləcək. Azscore.com birinci yerin qalibi üçün 50 dollar, ikinci yer üçün 30 dollar, üçüncü yer üçün isə 20 dollar məbləğində pul mükafatı nəzərdə tutub.

Qeyd edək ki, Azscore.com futbol saytı olaraq canlı nəticələri izləmək, ən dəqiq ehtimallar, komanda oyunları haqqında geniş məlumat almaq üçün ideal veb vasitədir. Layihə veb, tablet, mobilolmaqla 3 platformada fəaliyyət göstərir. Mobil tətbiqetmələr üzərində isə təkmilləşdirmə işləri aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR