Ermənistan ordusunda ÇAXNAŞMA: Sarkisyan generalları istefaya göndərdi

Ermənistan ordusunda ÇAXNAŞMA: Sarkisyan generalları istefaya göndərdi
15:23 29 May 2017
104 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda ordusunun çoxsaylı itkilər verməsi nəticəsində bir sıra generallar və yüksəkrütbəli zabitlər tutduqları vəzifədən azad edilib.

Publika.az
“news.am”-a istinadən xəbər verir ki, mayın 7-də Ermənistan ordusunun üç əsgəri – Ruben Barqseqyan, Rafael Bişaryan və Ruben Mnasakyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yerləşən su anbarında boğulublar. Bununla yanaşı, son dövrlər qeyri-döyüş şəraitində baş verən ölüm halları artıb. Həmçinin, qeyri-peşəkar döyüş şəraitində də itkilər verilib.

Ermənistan ordusunun baş qərargah rəisi Movses Akopyan bildirib ki, Qarabağda yerləşdirilən bir sıra hərbi hissə komandiri və onların müavinləri vəzifələrindən azad edilib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR