Şimali İrlandiya yığması Azərbaycan millisi ilə oyuna Türkiyədə hazırlaşacaq

Şimali İrlandiya yığması Azərbaycan millisi ilə oyuna Türkiyədə hazırlaşacaq
15:32 29 May 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 29 may. REPORT.AZ/ Futbol üzrə Şimali İrlandiya milli komandası Azərbaycan yığması ilə iyunun 10-da keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə matçına hazırlığın ilkin mərhələsini başa vurub.
"Report"un məlumatına görə, Maykl O`Nilin baş məşqçi olduğu kollektiv İngiltərənin Mançester şəhərində təlim-məşq toplanışında olub. Toplanışda Premyer Liqada çıxış edən oyunçular yer almayıb.
Şimali İrlandiya millisi iyunun 2-də Yeni Zelandiya ilə yoldaşlıq görüşü keçirəcək. Oyun Belfastdakı "Windsor Park"da olacaq. Bundan sonra O`Nilin komandası Türkiyəyə yollanaraq, 4 günlük hazırlıq keçəcək. Məqsəd Azərbaycan şəraitinə uyğun hazırlıq keçməkdir.
Qeyd edək ki, Şimali İrlandiya ilə oyun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Görüş saat 20:00-da başlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/simali-i-rlandiya-yigmasi-azerbaycan-millisi-ile-oyuna-turkiyede-hazirlasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR