Ramazanla bağlı MARAQLI FAKTLAR: 2,419 qəza

Ramazanla bağlı MARAQLI FAKTLAR:  2,419 qəza
15:54 29 May 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

Ən çox nəqliyyat hadisəsi Ramazan ayı ərəfəsində baş verir.

 

 

Lent.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, yeni araşdırmaların nəticələri göstərir ki, Ramazan ayı ərəfəsində yaşanan nəqliyyat hadisələri əsasən səhər saat 9-10 arası qeydə alınır.

 

Bu da oruc tutmağın insan səhhətinə və davranışına göstərdiyi təsirlə əlaqələndirilir. Belə ki, saatlarla ac qalmaq susuzluq və aşağı qan şəkəri kimi problemlərə yol açır və  diqqətlilik, konsentrasiya, görməyə mənfi təsir edir. Bundan başqa imsakla bağlı erkən oyanmaq, qida nizamının pozulması yorğunluq, tükənmə, səbirsizlik və yayındırma kimi hallara səbəb ola bilər.

 

 Elə ötən il Dubayda Ramazanın ilk günündə 5 saat içində 2,419 yol nəqliyyat hadisəsi baş verib. Qətər polisi isə oruc tutan sürücülərə yorğun və yuxulu hallarında maşın sürməməyi məsləhət görüb.

Deyilənə görə, yaşan nəqliyyat hadisələrinin 39 faizi hindlilərin payına düşür.  

 

 

Bundan başqa, Ramazan ayı ilə bağlı başqa maraqlı bir faktı da diqqətinizə çatdırmaq istəyirdim.

 

Belə ki, dünyada ilk dəfə ən böyük iftar süfrəsi 2012-ci ildə təşkil edilib.

Avqustun 25-i Türkiyədə təşkil edilən iftar süfrəsində 20  min 715 nəfər iştirak edib. Bununla da Türkiyə rekordu yeniləmiş olub. Buna qədər isə ilk dəfə  İranda İmam Rza məscidində 20 min  adamın iştirakı ilə iftar süfrəsi açılıb.

 


Xəbərin orijinal ünvanı: https://news.lent.az/news/275689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR