Rəşad Sadiqovun yeni klubu müəyyənləşdi

Rəşad Sadiqovun yeni klubu müəyyənləşdi
15:57 29 May 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ” ilə yolları ayrılan Rəşad Sadiqovun karyerasını hansı klubda davam etdirəcəyi bəlli olub. Fanat.Az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Zirə”yə keçib.

 

Məlumatı paytaxt klubunun rəsmi saytı yayıb. Sadiqovla 1 illik müqavilə imzalanıb.


Karyerası ərzində “Şəfa”, “Qarabağ”, “Neftçi”, MOİK, “Xəzər Lənkəran” və “Qəbələ” klublarının formasını geyinmiş Rəşad milli komandamızda da çıxış edib.

 

Qeyd edək ki, Rəşad Sadiqov 23 yaşadək futbolçulardan ibarət yığmamızın heyətində Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rad-sadiqovun-yeni-klubu-muyynldi-t58397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR