“Qəbələ”dən 5 cavabsız qol

“Qəbələ”dən 5 cavabsız qol
15:57 29 May 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Gürcüstanın paytaxtı Tiflisdə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirdə qrup mərhələsinə yekun vurulub. Fanat.Az xəbər verir ki, “qırmızı-qaralar”ın 11 yaşadək futbolçulardan ibarət komandası III turda yerli “Telavi” ilə qarşılaşıb.

 

Namiq Əliyevin baş məşqçisi olduğu kollektiv ardıcıl ikinci böyükhesablı qələbəsini qazanıb – 5:0. “Qəbələ”nin heyətində Həsən Nəzərli, Cümə Hüseynov, İlkin Budaqov, Ziya Şəkərxanov və Samir Musayev qol sevinci yaşayıb.

 

İlk turda Tbilisi “Dinamo”suna 1:3 hesabı ilə uduzub, ardınca “Saburtalo-2”ni 4:0 hesabı ilə məğlub edən “Qəbələ” qrup mərhələsini 6 xalla tamamlayıb.

 

“Qırmızı-qaralar” bu nəticə ilə 1/4 finala yüksəliblər.

 

Qeyd edək ki, mayın 31-də baş tutacaq qarşılaşmada “Qəbələ”nin rəqibi “Saburtalo” olacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qbldn-5-cavabsz-qol-t58396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR